RU

ABŞ dövlət katibinin müavini Zəngəzur dəhlizi haqqında: Erməni xalqına fayda verəcək

Zəngəzurda reallaşacaq TRIPP layihəsi həm Amerika, həm də erməni xalqlarına əhəmiyyətli dərəcədə fayda verəcək.

Ölkə.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Allison Hukerin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitində əldə olunmuş razılaşmaların və onların nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. 

ABŞ dövlət katibinin müavini isə öz növbəsində qeyd edib ki, Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində irəliləyişlə birlikdə Cənubi Qafqazın mühüm ticarət yolu kimi açılması üçün perspektivlər yaradır. 

O əmin olduğunu bildirib ki, TRİPP həm Amerika, həm də erməni xalqı üçün prezident Trampın və baş nazir Paşinyanın rəhbərliyi ilə mümkün olan mühüm faydalar gətirəcək.

Tərəflər Prezident Trampla əldə edilən razılaşmaların həyata keçirilməsi, işçi qrupların fəaliyyəti, TRIPP layihəsinin həyata keçirilməsi, qarşıda duran proqramlar ilə bağlı məsələləri müzakirə ediblər.

Mürtəza

Избранный
42
2
olke.az

10Источники