RU

Ülvi Babayev Rusiya millisini seçməsindən danışdı

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dinamo"nun (Moskva) və Rusiyanın U-21 milli komandasının əslən azərbaycanlı futbolçusu Ülvi Babayev karyerası ilə bağlı gələcək hədəflərindən danışıb.

Axar.az xəbər verir ki, 21 yaşlı hücumçu Rusiyanın əsas milli komandasında yer almaq üçün motivasiyalı olduğunu vurğulayıb:

“Məqsədim Rusiya milli komandasının heyətində yer almaqdır. Orada oynamağa böyük həvəsim var. Əsas məsələ Valeri Karpindən oyun vaxtı qazanmaq və verilən fürsətlərdən maksimum yararlanmaqdır”.

Qeyd edək ki, daha öncə AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
85
14
axar.az

10Источники