Bakı. Trend:
Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr - MilliDirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlərkeçirilib.
Trend bu barədəMüdafiə Nazirliyinə istinadən xəbər verir.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrundaşəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər 1990-cı il noyabrın 17-də Naxçıvan MuxtarRespublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyadaAzərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpaolunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzananyolumuzun başlanğıcı olmasından danışıblar. Həmçinin 17 Noyabr -Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki əsasmərhələlərdən olması, ölkəmizin müstəqilliyinin bərpa edilməsindəkitarixi rolu barədə geniş məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinMüzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə AzərbaycanOrdusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldanazad etməsi nəticəsində bu gün 17 Noyabr - Milli Dirçəliş GünününVətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyükqürur və iftixar hissi ilə qeyd olunub.
Silsilə tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri,mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyükmaraq və alqışlarla qarşılanıb.