RU

“ABŞ-Türkiyə münasibətlərində daimi etibar yoxdur — maraqlar nə deyirsə, o olur” - Azər Həsrət

“ABŞ-ın Türkiyəyə nə dərəcədə güvəndiyi daim müzakirə mövzusudur. Heç kim tam əminliklə söyləyə bilməz ki, ABŞ hər zaman Türkiyəyə etibar edir və ya etmir. Dövlətlərdə sabit dostluq deyil, maraqlar önəmlidir. ABŞ-ın maraqları Türkiyə ilə uyğunlaşdığı müddətdə etibar yaranır, əks halda bu mümkün deyil. Tarixi faktlar da bunu təsdiqləyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, beynəlxalq siyasətdə etibarın əsasını maraqlar təşkil edir. ABŞ və Türkiyə münasibətləri də bunu təsdiqləyir: tərəflərin etibarı yalnız maraqları üst-üstə düşdüyü halda mövcuddur. Əfqanıstan əməliyyatı zamanı NATO-nun Azərbaycandan tranzit keçid kimi istifadə planı isə bu prinsipi aydın şəkildə göstərir.

Siyasi şərhçinin sözlərinə görə, Əfqanıstan əməliyyatı zamanı NATO qüvvələrinin oraya göndərilməsi planı çərçivəsində Azərbaycandan tranzit keçid kimi istifadə olunması nəzərdə tutulmuşdu.

Избранный
46
aznews.az

1Источники