RU

Azərbaycan NATO-nun “Xeyriyyə Bazarı”nda iştirak edib

Brüssel, 17 noyabr, AZƏRTAC

NATO-nun mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib. Ənənəvi olaraq, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.

AZƏRTAC xəbər verir ki, 38 ölkənin iştirak etdiyi “Xeyriyyə Bazarı”nda “SAVALAN – ASPI Winery” şirkətinin sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət edib.

Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Brüssel

Избранный
182
50
azertag.az

10Источники