RU

Ferrari ilə reyddə saxlanıldı, 50 manat cərimə yazıldı 10 SY 100 ün sürücüsü kimdir? VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərində nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazların qarşısını almaq məqsədi ilə birgə nəzarət həyata keçirir.

Milli.Az xəbər verir ki, "Təmiz hava aylığı" çərçivəsində aparılan son reyd zamanı bazar qiyməti təxminən 900 min manata yaxın olan "Ferrari" markalı avtomobilin sahibi cərimələnib.

10-SY-100 seriyalı nəqliyyat vasitəsinin havaya normadan artıq dəm qazı buraxdığı müəyyən edildiyi üçün sürücüyə əlli manat cərimə yazılıb.

Qeyd edək ki, "Ferrari"nin sürücüsü Miryaqub Seyidov bir neçə il əvvəl altı yüz min manatlıq mənimsəmə işi ilə bağlı adı hallanan Mirhafiz Seyidovun oğludur.

Milli.Az avtosfer.az-a istinadla görüntüləri təqdim edir:

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
3
news.milli.az

4Источники