RU

Bank 40-cı filialını Göyçayda açdı

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Göyçay şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Marja xəbər verir ki, sayca Bankın 40-cı filialı olan Göyçay filialı, müasir bank standartlarına uyğun infrastruktur, rahat müştəri zonası və yüksək xidmət keyfiyyəti ilə seçilir.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

“40-cı filialın Bank üçün sadəcə rəqəm deyil — müştərilərin etimadının, bankın regionlara göstərdiyi dəyərin və davamlı inkişaf strategiyasının nəticəsi olduğunu” qeyd edən Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Bankın yeni filialı – Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 2D ünvanında fəaliyyət göstərəcək.

Bank Respublika Göyçay filialı Bank Respublika yeni filial Bank Respublika Göyçay bank filialı açılışı müasir bankçılıq texnologiyaları bank xidmətləri Göyçay bank müştəri xidmətləri Bank Respublika 40-cı filial regional bank filialları bank infrastrukturu rahat müştəri zonası yüksək xidmət keyfiyyəti bank rəhbərliyi biznesə dəstək müasir bank məhsulları bank xidmətləri Azərbaycan Göyçay bank xəbərləri Mehdi Hüseynzadə küçəsi 2D yeni bank filialı regionlarda bankçılıq inkişafı Bank Respublika xidmət şəbəkəsi.
Избранный
66
12
marja.az

10Источники