RU

Almaniyanın logistika şirkəti Orta Dəhliz boyunca fəaliyyətini genişləndirir

Bakı.Trend

Almaniyanın multimodal daşımalar, eləcə də təchizatzəncirlərinin idarə edilməsi ilə məşğul olan beynəlxalq logistikaqrupu “Rhenus Logistics” uzunmüddətli regional strategiyasıçərçivəsində Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edənOrta Dəhliz boyunca fəaliyyətini tədricən genişləndirir.

Bu barədə Trend-ə“Rhenus Logistics” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, Azərbaycan bu dəhlizdə həm tranzitölkə, həm də Asiya ilə Avropanı birləşdirən inkişaf edən logistikaqovşağı kimi mərkəzi rol oynayır. Xüsusilə, Bakı Limanı və onuninfrastrukturu dəhlizin əsas elementlərindən biridir və “Rhenus”şirkəti bu dəyişiklikləri diqqətlə izləyərək ölkədə investisiyaimkanlarını qiymətləndirir.

“Rhenus Logistics” Orta Dəhliz boyunca logistikaşəbəkəsini gücləndirir

2024-cü ildə Bakıda öz nümayəndəliyini hüquqi şəxsə çevirdikdənsonra “Rhenus” ölkə üzrə bir sıra yeni investisiya layihələrininəzərdən keçirməyə başlayıb. Bunlara hazırda qiymətləndirməmərhələsində olan liman logistikası ilə bağlı layihə dədaxildir.

“Hazırkı mərhələdə konkret detallar açıqlanmasa da, təşəbbüs“Rhenus” qrupunun Azərbaycanda multimodal və dəniz əlaqəliliyinigücləndirmək niyyətini əks etdirir. Layihə hazırda təhlilmərhələsindədir və yoxlama prosesi başa çatdıqdan sonra növbətiaddımlar müəyyən olunacaq.

Ayrı-ayrı layihələrlə yanaşı, Rhenus dəniz, dəmir yolu vəavtomobil nəqliyyatını effektiv və dayanıqlı şəkildə birləşdirəninteqrasiya olunmuş multimodal həllərin hazırlanmasına fokuslanıb.Buna yükaşırma məntəqələrinin modernləşdirilməsi, yeni depo vəinfrastrukturun yaradılması, eləcə də gömrük, liman və dəmir yoluproseslərinin rəqəmsal inteqrasiyası daxildir”, – şirkətdənbildiriblər.

“Rhenus Logistics” müştərilər, tərəfdaşlar və dövlət qurumlarıilə sıx əməkdaşlıq edir və real tələbat olan sahələrdəinvestisiyalar həyata keçirir. Uzunmüddətli məqsəd - Azərbaycanıniqtisadi inkişafını dəstəkləmək və Orta dəhliz boyunca etibarlı,davamlı logistika infrastrukturunun yaradılmasına töhfəverməkdir.

Azərbaycan multimodal təchizat zəncirində əsas körpükimi

“Transxəzər dəhlizi qlobal təchizat zəncirləri üçün stratejişaxələndirmə və dayanıqlıq təmin edir. Bu dəhliz Çin, Mərkəzi Asiyavə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən alternativ marşruttəqdim edərək şimal istiqamətlərindən asılılığı azaldır və tranzitvaxtının daha proqnozlaşdırıla bilən olmasına imkan yaradır. Birçox yük göndərənlər üçün bu, geosiyasi risklərdən asılı olmadanfəaliyyətlərini davam etdirmək və dəyişən şəraitdə daşımalarınfasiləsizliyinə vasitəçilik etmək imkanı deməkdir.”

Azərbaycan Asiya və Avropa arasında körpü kimi mərkəzi roloynayır. Onun potensialı əhəmiyyətlidir: ölkə artıq effektivmultimodal əlaqələr qurmaq bacarığını isbat edib. Misal üçün,Bakıya çatan yük dəmir yolu ilə Gürcüstana oradan isə bir neçə saatərzində Qara dənizə və ya Türkiyəyə göndərilə bilər ki, bu şimalmarşrutları ilə müqayisədə əhəmiyyətli dərəcədə vaxta qənaət etməyəimkan yaradır.”, -deyə “Rhenus Logistics” dən qeyd ediblər.

Bu effektivlik ticarətin şaxələndirilməsi və Avrasiya üzrəlogistika dayanıqlığının gücləndirilməsi baxımından dəhlizigetdikcə daha cəlbedici edir.

“Lakin marşrut infrastruktur və əməliyyat çətinlikləri ilə dəüzləşir - dağınıq infrastruktur, müxtəlif dar boğazların mövcudluğukimi problemlər qalmaqdadır. Bir çox yerlərdə müasir terminallar,intermodal hablar və əlaqələndirilmiş transsərhəd məlumat emalıçatışmır ki, bu da tranzit vaxtının artmasına səbəb ola bilər.

Texniki maneələr də qalır: dəmir yolunun müxtəlif enləri, məhdudhərəkətli tərkib və iri şəhərlər arasındakı böyük məsafələrəməliyyatların planlaşdırılmasını çətinləşdirir. Bundan əlavə,milli normativ aktlardakı fərqlər, rüsum sistemləri və inzibatiprosedurlar irəliləyişi ləngidir və daha sıx regionaləlaqələndirməni tələb edir. Eyni zamanda, yük göndərənlərin marşrutboyunca proqnozlaşdırıla bilənlik və şəffaflıqla bağlı artangözləntiləri də çox önəmlidir”, – deyə şirkətdə bildiriblər.

Nəticə etibarilə, Transxəzər dəhlizinin əsas üstünlükləriəlaqəlilik, proqnozlaşdırıla bilənlik və şaxələndirmədir. Əsasməqsəd bu güclü tərəfləri tam uyğunlaşdırılmış, etibarlı vəiqtisadi cəhətdən rəqabətədavamlı bir logistik marşruta çevirməkdir- “Rhenus” isə buna uzunmüddətli investisiyalar, yerli əməkdaşlıqvə texniki ekspertiza ilə nail olmağa çalışır.

“Rhenus Logistics”in Çin–Azərbaycan–Avropa marşrutu üzrəyükdaşımalarla bağlı proqnozu

“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımalarınhəcminin yüksək və davamlı artım potensialına malik olduğunu görür.Qlobal təchizat zəncirlərinin diversifikasiyası və şirkətlərin dahadayanıqlı nəqliyyat həlləri axtarması fonunda Transxəzər dəhliziehtiyat marşrutdan əsas ticarət yollarından birinə çevrilib.

Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildətəxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatıb, halbukibu rəqəm 2022-ci ildə 1,5 milyon ton idi. Bakı, Aktau və Kurık kimiəsas hablara davam edən investisiyalar, eləcə də Qazaxıstan,Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin daha yaxşıəlaqələndirməsini nəzərə alınmaqla, yükdaşımaların həcminin 2030-cuilə qədər ikiqat artacağı gözlənilir”, – deyə “Rhenus Logistics”qeyd edir.

Liman və dəmir yolu infrastrukturunun daha da inkişafı, həmçinineffektiv multimodal əlaqələndirmənin yaxın illərdə yükdaşımalarınartımını stimullaşdırmağa davam edəcəyi gözlənilir.

“Rhenus”un regionda və əsas terminallarda fəal iştirakı şirkətəbu artımı dəstəkləməyə və dəhliz boyunca etibarlı, dayanıqlılogistika həlləri təqdim etməyə imkan verir.

“Rhenus Logistics” Orta dəhlizin rəqəmsallaşmasınıgücləndirir

“Rəqəmsallaşma, “Rhenus” qrupunun logistika strategiyasının əsaselementlərindən biridir və buna Azərbaycanla yanaşı bütünTransxəzər dəhlizindəki fəaliyyət də daxildir. Ümidvericiistiqamətlərdən biri gömrük, liman və dəmir yolu strukturlarınıvahid platformada birləşdirən rəqəmsal dəhliz idarəetməsistemlərinin tətbiqidir.

Bu cür sistemlər dar boğazların qarşısının alınmasına köməkedir, proseslərin real vaxt görüntüsünü təmin edir və buraxılışqabiliyyətinin daha səmərəli planlaşdırılması üçün prediktivanalitikadan istifadə edir”, – deyə şirkət bildirir.

“Rhenus”, yüksək performanslı logistika hablarınınlayihələndirilməsi və idarə edilməsi təcrübəsinə əsaslanaraqterminal və yükaşırma əməliyyatlarının idarə olunması üçün özproqram təminatını da inkişaf etdirir.

“Şirkət bu təcrübəni regionda tətbiq etmək niyyətindədir -yüklərin emal müddətini və xərcləri azaltmaqla Transxəzərmarşrutunu alternativ marşrutlarla müqayisədə daharəqabətqabiliyyətli edir. Dəhlizin uzunmüddətli uğuru üçün tranzitmüddətlərinin etibarlılığı, sabit və proqnozlaşdırıla bilənqiymətlərin təyin olunması son dərəcə vacibdir.

Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus”unAzərbaycanda fəaliyyətə başladığı 2015-ci ildən bəri şirkət xidmətçeşidini avtomobil daşımalarından dəmir yolu komponentli multimodalxidmətlərə qədər genişləndirib, bu isə emissiyaların azalmasına vəgüc resurslarının daha səmərəli istifadəsinə şərait yaradıb.

“Rhenus” COP29 çərçivəsində Bakıda yerli logistikaəməliyyatlarını ekoloji cəhətdən təmiz elektrik yük maşını ilədəstəkləyib və bununla praktik innovasiyaların daha təmiz vəeffektiv logistikanın formalaşmasına necə töhfə verdiyini nümayişetdirib”, – deyə “Rhenus Logistics”in məlumatında bildirilir.

Məqalədə:
Избранный
62
3
az.trend.az

4Источники