RU

Türkiyə və Rusiya arasında 200 illik malikanə ilə bağlı mübahisə: Qərar ləğv edildi

BAKI, 18 noyabr. TELEQRAF

İstanbul məhkəməsinin (Türkiyə) Boğaziçi sahilindəki Tarabya rayonunda yerləşən tarixi (200 illik) malikanənin çar Rusiyası diplomatının övladlarına verilməsi ilə bağlı verdiyi qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilib. Məhkəmənin hökmünə əsasən, iş yenidən birinci instansiya məhkəməsinə göndəriləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

İddia tərəfləri dörd tərəfdən ibarətdir: Türkiyə Xəzinədarlığı, Fondlar Baş İdarəsi, Rusiya və diplomatik şəxsin varisləri. “Sabah”ın yazdığına görə, Rusiya tərəfi Fransada yaşayan Rusiya səfirliyinin əməkdaşının varislərinə malikən hüquqlarının verilməsi barədə məhkəmənin qərarına apellyasiya verib. Apellyasiya 20 gün ərzində araşdırılıb və aşağı instansiya məhkəməsinin qərarı ilə ləğv edilib. Qərarın ləğv olunma səbəblərindən biri də “tərəflərin dinlənilməməsi, iddia və müvafiq hüquqlarının məhdudlaşdırılması” göstərilib.

Qəzet noyabrın 1-də yazmışdı ki, İstanbul məhkəməsi 17 il davam edən işdən sonra Tarabya malikanəsinin hüquqlarını 1868-ci ildə onu almış çar Rusiyasının diplomatının varislərinə verməyə qərar verib. Məlumata görə, Rusiya səfirliyinin əməkdaşı Nikolay Sveçin bina və təxminən 10 hektar ərazini Fransadakı bir ailədən alıb. Malikanə bir müddət Rusiya diplomatik nümayəndəliyinin təmsilçilik binalarından biri kimi istifadə olunub. Qəzet qeyd edib edib ki, Türkiyə qurumları və Rusiya tərəfinin binaya iddiaları sənəd analizləri, fərmanlar, diplomatik yazışmalar və beynəlxalq hüquq normalarına əsaslanaraq məhkəmə tərəfindən rədd edilib.

Rusiya səfirliyi həmin gün “Sabah” qəzetində yayımlanan məqaləni təkzib edib və Türkiyənin müvafiq qanunu əsasında dərc olunan məlumatın düzəlişini tələb edib. Səfirlik bildirib ki, məqalədə göstərilən faktlar “qəsdən təhrif edilib” və reallıqla heç bir əlaqəsi yoxdur: “Müvafiq iş hələ də Türkiyə məhkəmələrinin baxışındadır, yekun qərar qəbul olunmayıb”.

Избранный
17
4
teleqraf.com

5Источники