RU

İnsult keçirən Əhməd Orucun SON DURUMU

Xəbər verdiyimiz kimi, ötən il fəaliyyətini dayandırmış “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib. O, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müalicə alır.
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır


Sabiq partiya sədrinin dostu Avdı Qoşqar Bizim.Media-ya bildirib ki, həkimlərin müdaxiləsindən sonra Əhməd Orucun vəziyyəti stabilləşib:

“Reanimasiyadan palataya köçürülüb. Hazırda həkim nəzarətində müalicə alır. Amma həkimlər təhlükənin geridə qaldığını deyirlər”.

Qeyd edək ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib. Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.

Surxay Atakişiyev, Bizim.Media

 

Избранный
68
16
bizim.media

10Источники