RU

Bakı və İrəvan arasında imzalanmış Vaşinqton razılaşmaları Cənubi Qafqazda sabitlik üçün zəmin yaradır - Fərid Şəfiyev

BAKI,TurkicWorld

Avqustun 8-də Azərbaycanla Ermənistan arasında razılaşmaların imzalanması Cənubi Qafqazda sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni zəmin yaradır.

TurkicWorld xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.

O, mövcud vəziyyətin sülhün, iqtisadi əməkdaşlığın və təhlükəsizliyin birləşdirilmiş platformasını yaratmaq şansı verdiyini vurğulayıb.

F. Şəfiyevin sözlərinə görə, hazırkı görüş Azərbaycan və ABŞ ekspert icmaları arasında bu formatda keçirilən ilk təşəbbüs olub və əsas regional məsələləri müzakirə etmək üçün mühüm imkan yaradıb.

BMTM sədri vurğulayıb ki, bölgə cəmiyyətləri arasında etimadın bərpası və ünsiyyətin qurulması zərurətini xüsusi vurğuladı. O, ekspert dialoqunun dayanıqlı sülhün formalaşması üçün zəmin yaradacağına ümid etdiyini bildirdi.

O həmçinin, Azərbaycanın analitik icması üçün ABŞ beyin mərkəzlərinin iş təcrübəsi faydalı olacağını vurğulayıb və ABŞ ekspertlərini tövsiyələrin mübadiləsinə və birgə tədqiqatlara dəvət edib.

Избранный
1
2
turkic.world

3Источники