RU

Yaşar Gülər hərbi təyyarənin qəzaya uğramasının ilkin səbəbini AÇIQLADI

Gürcüstanda 20 nəfərin ölümü ilə nəticələnən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus C -130 tipli hərbi yük təyyarəsinin qəzasında götürülən qara qutuların oxunması ilə bağlı proses ən azı iki ay çəkəcək.

Azreform.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Qara qutular hazırda Tusaş tərəfindən araşdırılır. Qutuların deşifrə edilməsi və ilkin tapıntıların əldə edilməsi prosesi ən az iki ay çəkəcək. 1957-ci ildən bəri C-130-lardan istifadə edirik. Bir dəfə mühərriki yanıb, ancaq təhlükəsiz bir təyyarədir ",- nazir qeyd edib.

Qəzanın səbəbini açıqlayan nazir Gülər bildirib ki, ilkin tapıntılara görə, əvvəlcə quyruq qırılır, sonra təyyarə üçə bölünür.

Mürtəza

Избранный
8
3
azreform.info

4Источники