RU

“Süni intellektlə bağlı ABŞ ın böyük təcrübəsini öyrənə bilərik” Fariz İsmayılzadə

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın Xəzər regionuna artan marağını müşahidə edirik. Vaşinqton sənədlərinin imzalanması həmin ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi oldu.Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.O, həmçinin bildirib: “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanın iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər.Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
2
bizim.media

4Источники