RU

Nuri Şahin Rusiya klubunun baş məşqçisi ola bilər

BAKI, 18 noyabr. TELEQRAF

Rusiyanın "Dinamo Moskva" klubu Valeri Karpinlə yollarını ayırdıqdan sonra baş məşqçi axtarışına çıxıb.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisinin danışıqlar apardığı siyahıda rusiyalı mütəxəssislərlə yanaşı xaricilər də yer alıb.

Bunlar türkiyəli Nuri Şahinlə almaniyalı Sandro Svartsdır.

Şvarts əvvəllər "Dinamo"da çalışıb. O, hazırda ABŞ-nin "Red Bull" komandasına rəhbərlik edir.

Şahin isə hazırda Super Liqa təmsilçisi "Başakşehir"in baş məşqçisidir.

Qeyd edək ki, "Dinamo Moskva"nı növbəti oyunlara Valeri Karpinin köməkçisi olmuş Rolan Qusev çıxaracaq.

Избранный
69
teleqraf.com

1Источники