RU

Murad Ağabəyli: Basqal turizm mərkəzinə çevrilir

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu sözləri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında dilə gətirib. O söyləyib ki, cari ildə, yəni yenidənqurmanın ikinci mərhələsi dövründə bərpa olunan küçələrin sayı artırılıb, hamam-muzeyin açılışı baş tutub, digər tarixi binalar, o cümlədən Hacı Bədəl məscidi üzərində bərpa işlərinə başlanılıb: "Eyni zamanda, bazar meydanı yenidən qurulub. Bu işlərin 2026-ci ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur". Murad Ağabəyli həmçinin diqqətə çatdırıb ki, Basqalda yerləşən arxeoloji park kimi yenidən qurulan Şeyx Məhəmməd məscidi də üzərində bərpa işləri aparılan abidələr siyahısındadır. Onun sözlərinə görə, məscidin ərazisində həyata keçirilmiş arxeoloji qazıntılar əsnasında çox dəyərli artefaktlar üzə çıxarılıb. "Partizan Məmməd Bağırova məxsus italyan üslublu bina da yenidən qurularaq, həm muzeyə, həm də yaşayış evinə çevrilib. Ümumiyyətlə, Basqaldakı evlərin, onların damlarının öz tarixi görünüşünə qaytarılması məqsədilə işlər görülüb. İlkin mərhələdə 40-dan çox evin damı bərpa olunub. Eyni zamanda, kənd əhalisinin sosial vəziyyətininin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılıb", - Murad Ağabəyli söyləyib. Sədr vurğulayıb ki, Basqalın yenidən qurulması, turizm mərkəzinə çevrilməsi fonunda buradan köçmüş yerli sakinlər də qayıdıblar. Kənddə 20-dən çox xırda sahibkarlıq obyektləri (suvenir mağazaları, çay evləri, yeməkxanalar və s.) fəaliyyət göstərir, turistlərə müxtəlif xidmətlər təqdim edir: "Bu da həm tur, ristlərin marağına səbəb olur, həm də sakinlərin sosial vəziyyətini yaxşılaşdırır". AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
azvision.az

1Источники