Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Basqalda jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, turistlərin bu məkanlarda təkcə istirahətə yox, eyni zamanda, mədəni-tarixi irsimizə diqqət ayırmaları arzuolunandır. "Məqsədimiz qış turizmi imkanlarını yerli turistlərə daha da yaxından çatdırmaqdır". O həmçinin vurğulayıb ki, Bakıda baş tutmuş Çin Ziyarətçiləri Sammiti çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri də hazırda Basqaldadırlar: "Onların həmçinin Qəbələyə, Qaxa və Şəkiyə səfərləri baş tutacaq". AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.