RU

Lahıca gedən sürücülərə xoş xəbər: qərar qəbul olunub

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Lahıc Tarix-Mədəniyyət Qoruğunda turist axınını tənzimləmək məqsədilə yeni və geniş parking sahəsinin inşası həyata keçirilir.

Ölkə.az xəbər verir ki, bu barədə Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lahıca turist gələnlərin sayının çoxluğu səbəbindən avtomobillərlə giriş məhdudlaşdırılıb və bu, uzun müddətdir park etmə problemi yaradır:

“Lahıcda daha geniş yeni parking sahəsinin yaradılması ilə bağlı qərar qəbul olunub. Hazırda bu istiqamətdə inşaat və bərpa işləri yekunlaşmaq üzrədir.  Məqsəd turist nəqliyyatını qoruq ərazisindən kənarda saxlamaq və piyada hərəkətini rahatlaşdırmaqdır.

Eyni zamanda Basqalda tətbiq olunan pulsuz xüsusi parking modeli Lahıcda da həyata keçiriləcək”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
1
olke.az

2Источники