Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Zamiq Hüseynov oğlu Zeynlə Qarabağa yollanıb.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb.
"İlk dəfə oğlumu Qarabağa apardım! Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdam. Çox qürurverici bir məqam idi. Mən bu yaşlarda çıxmışdım o torpaqlardan, toz torpaq, tanklar, anaların qışqırtı səsləri... O illər mənim üçün ən böyük travma idi! Bu gün Zəfər yolu ilə oğlumu ora apararkən içimdə o qədər qürur hissi var idi ki, sözlə ifadə edə bilmərəm! Bu qüruru bizə bəxş edən bütün qəhramanlarımızın qarşısında baş əyirəm.
Bu arada, Şuşada olarkən bir çox məkanlara getdim, çay-kofe içdik, yemək yedik və içimdən belə bir istək yarandı. Şuşa şəhərində yalnız 90-cı illərə qədər olan musiqilər səslənsin! Kafelər, hotellerdə, hətta radioların da dalğası başqa olsun. Təsəvür edin, hotelə daxil olursan, Rəşid Behbudov oxuyur. Kafede oturursan, Qara Qarayevin, Tofiq Quliyevin əsərləri, digər yerə keçirsən Şövkət Ələkbərova, Elmira Rəhimova... Bir çox küçələrdə Üzeyir bəyin əsərləri, Bülbülün səsi… Yazarkən belə xoşbəxt oluram. Hətda maşınlara belə icazə verilməsin ki, yüksək səslə hansısa bir musiqi səsi gəlsin. Yalnız 90-cı illərə qədər olan musiqilər. Çünki mən Şuşaya gedərkən elə bilirəm ki, incəsənət muzeyinə girirəm, musiqi dünyası, dahilər diyarı, bilmirəm, özümü tam başqa bir yerdə hiss edirəm! Daşa-divara toxunanda belə həyacanlanıram. Sizcə necə fikirdir?" deyə, Zamiq bildirib.









Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.