RU

Yadigar Muradov necə “Aşıq Yediyar” oldu? Mübariz Əsgərov DANIŞDI

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Əməkdar jurnalist Mübariz Əsgərov “Qulp” verilişindən dostluqları yaranan mərhum sənətkarla bağlı xatirələrini Lent.az-la bölüşüb.

“Bu xəbər mənə çox pis təsir elədi. Biz uzun illər bir yerdə olmuşuq. Yadigar Muradov "Qulp" proqramının ən parlaq obrazlarından biri idi. Onun hər mahnısı da yaddaşlarda qalırdı, dillərə düşürdü. Onun vəfatı mənim üçün çox gözlənilməz oldu. Çünki bizim yaradıcılıq planlarımız, layihələrimiz var idi. Birdən-birə dünyasını dəyişməyini qəbul etmək mənim üçün çox çətindir”.

Mübariz Əsgərov həmçinin Yadigar Muradovu “Aşıq Yediyar” obrazına seçməsindən danışıb:

“Onunla bizim yaradıcılığımızın hamısı bir xatirə idi. O, əslində aşıq deyildi, heç sazda ifa edə bilmirdi. Lakin mənə elə bir obraz lazım idi. Bütün axtarışlardan sonra Yadigar Muradovu tapdım. Onun aktyorluq qabiliyyəti, səsi bu obrazı canlandırmağa kifayət edirdi. Hər görüşümüz, çəkilişimiz bir xatirəyə çevrildi”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
2
lent.az

3Источники