RU

“Üç aya yaxın maaşını vermədilər, biz də müqaviləni pozduq” - Tanınmış menecerdən AÇIQLAMA

«Onun vətənə dönməsi oradakı şəraiti bəyənməməsi ilə bağlı deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Asadov Pro Bridge»in rəhbəri Emil Əsədov deyib.

Bilindiyi kimi, Azərbaycan millisinin sabiq qapıçısı Yusif İmanovun legioner karyerası başa çatıb.

Onun Kosovo macərası artıq arxada qalıb.

İyulda "Sabah"dan ayrılan, 1 ay sonra "Malişeva" ilə uzunmüddətli müqavilə imzalayan 22 yaşlı kiper hazırda vətəndədir.

İmanov qarşıdakı ayları "Kəpəz"də keçirəcək. Adıçəkilən "əlcək sahibi" Gəncə klubu ilə 7 aylıq müqavilə imzalayıb.

Hazırda Premyer Liqada "transfer pəncərəsi" bağlandığından, o, 2026-cı ilin əvvəlindən "sarı-göy" formanı geyinəcək.

FIFA lisenziyalı futbol agentliyinin başçısı olan E.Əsədov bu dönüşlə bağlı maraqlı məqamlara aydınlıq gətirib:

«Yusifi ora aparmaq səbəbim Kosovodakı layihə ilə bağlı idi. "Malişeva" ötən mövsüm çox yaxşı nəticələr əldə etdi, kluba yeni sponsorlar gəldi.

Oyunçulardan birini Avropaya 1,5 milyon avroaya satdılar. Bizə bir layihə göstərdilər və dedilər ki, keçənilki uğuru bu il də təkrarlamaq istəyirlər.

"Malişeva"nın iki qapıçısı var idi - 35 və 26 yaşında. Heç birindən razı deyildilər.

Sadəcə, klub sponsorla bağlı gözlənilmədən problemlə üzləşdi, ödəmələr çox gecikdi. Gördük ki, "Malişeva" artıq üç aya yaxındır maaşları verə bilmir.

Komanda daxilində ab-hava da yaxşı deyildi. Bu da Yusifə pis təsir edirdi.

FİFA-nın qaydalarına əsasən, futbolçu iki ay əməkhaqqı almayandan sonra klubla müqaviləsinə avtomatik xitam verə bilir. Ona görə də biz eyni addımı atdıq.

Yusif mövsümün sonunadək Azərbaycada oynayacaq. Ümid edirəm ki, gələn ilin yayında Avropadan bir klubla anlaşacağıq.

O. çalışmalıdır ki, bu arada özünü yaxşı tərəfdən göstərsin, Yenidən Avropaya dönmək üçün bu, əsasdır».

Избранный
19
sportinfo.az

1Источники