RU

Cloudflare çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır

Bu gün Cloudflare-in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq qeydə alınıb.

Cloudflare xidmətlərində yaranan problem səbəbindən dünyanın müxtəlif regionlarında çoxsaylı saytlar açılmır və istifadəçilərə “Cloudflare Error” tipli xətalar təqdim olunur.

Cloudflare üzərindən çalışan bir çox Azərbaycan saytları da eyni səbəbdən əlçatan deyil. Saytların özündə və ya serverlərində texniki nasazlıq yoxdur – resurslar yalnız trafikin Cloudflare şəbəkəsindən keçməməsi səbəbindən müvəqqəti olaraq əlçatmaz görünür.

Şirkət qlobal miqyaslı kəsintini aradan qaldırmaq üzərində işlədiyini açıqlayıb. Problemin qısa müddətdə bərpa olunacağı gözlənilir.

Избранный
45
anews.az

1Источники