RU

Babək prospektində qəza: Motosiklet “BYD”yə çırpıldı ANBAAN VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Babək prospektində baş vermiş yol qəzası kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan motosiklet, 77-PQ-250 dövlət nömrə nişanlı “BYD” markalı avtomobillə toqquşub.

Videodan görünür ki, “BYD” sürücüsü yola diqqət yetirmədən hərəkətdə olduğu zolaqdan sola manevr edib və zolağa keçdikdən sonra dayanıb. Bu zaman həmin zolaqdakı motosiklet sürücüsü siqnal verərək xəbərdarlıq etsə də, qəza qaçılmaz olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Videoda avtomobil sürücüsünün qəzadan sonra dönmə işığını yandırdığı da aydın görünür. Hadisə şahidi olan türkiyəli vətəndaş da bununla bağlı sürücüyə irad bildirib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü zolaq dəyişdirərkən yolun boş olduğundan əmin olmalıdır. Əgər həmin zolaqda yaxınlaşmaqda olan avtomobil varsa onlara yol verməlidir. Dönmə siqnalını manevr etməzdən öncə aktiv etməli və ani hərəkətlərdən qaçmalıdır. Bu qaydalara riayət etmək həm sürücülərin, həm də yol istifadəçilərinin təhlükəsizliyini təmin edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
avtosfer.az

1Источники