RU

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanıntelekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumuİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iləRumıniyanın kommunikasiya sahəsi üzrə tənzimləyici milli qurumuANCOM arasında işgüzar görüş keçirilib.

Trend xəbərverir ki, görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov vəANCOM prezidenti Valeriu Zqonea rəhbərlik etdikləri nümayəndəheyətləri ilə iştirak ediblər. Əsas diqqət artıq bir müddət əvvəlAzərbaycan və Rumıniya tənzimləyici qurumları arasında formalaşmışişbirliyi, bu istiqamətdə atılmış addımlar, gələcək planlar vəxidmətlərin keyfiyyətinin yüksəldilməsi, radiospektr idarəçiliyi,istehlakçıların hüquqlarının qorunması, rəqəmsal transformasiya vəinnovativ həllərin tənzimlənməsi kimi ortaq prioritetlərəyönəlib.

Müzakirələrdə informasiya kommunikasiya texnologiyalarınınsürətli inkişafı fonunda yeni texnologiyaların tənzimlənməsi vəidarə olunmasına ehtiyac, bu sahədə öyrənmə prosesində mövcudçətinliklər, eləcə də onların aradan qaldırılması vəsürətləndirilməsi üçün təcrübə və bilik mübadiləsinin vacibliyivurğulanıb. ANCOM Avropa tənzimləyici çərçivəsinə uğurlainteqrasiya edən ən qabaqcıl təcrübəyə malik qurumlardan biridir.İKTA-nın isə son dövrlərdə data əsaslı kameral təhlilləri,intellektual platformalarla genişlənən əməkdaşlığı müxtəlifölkələrin tənzimləyici qurumlarının maraq dairəsindədir.

Hər iki ölkənin tənzimləyici qurumlarının təcrübə mübadiləsi vəbeynəlxalq təşkilatlarda əməkdaşlığının genişləndirilməsiistiqamətində addımların atılmasına ehtiyac olduğu da qeydedilib.

Müzakirələrin sonunda qurumlar arasında Anlaşma Memorandumuimzalanıb.

Memorandum qurumların qarşılıqlı təcrübə və bilik mübadiləsinidaha da genişləndirməsini, ortaq layihələr və təlim proqramlarınınhəyata keçirilməsini nəzərdə tutur.

Избранный
59
2
az.trend.az

4Источники