RU

Bir telefonda bir neçə "WhatsApp" hesabını idarə etmək mümkün olacaq

Bakı. Trend:

Mesajlaşma xidməti "WhatsApp", "iOS" istifadəçiləri üçün betaversiyada çoxlu hesab dəstəyini təqdim edib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, yeni funksiyanın köməyi iləistifadəçilər bir neçə hesabı tək bir mobil cihazda idarə edəbiləcəklər.

Beta testində “hesab siyahısı” adlı yeni bir bölmə"tənzimləmələr"ə əlavə olunub. Bu funksiya hal-hazırda cihaz başınaən çox iki hesabı dəstəkləyir. Həmin hesablar ya yenidənyaradılmalı, ya da mövcud başqa bir cihazdan "QR" kodunu skanedərək əlavə edilməlidir.

Hazırda bu funksiya yalnız "iOS" platformasında müəyyən betaistifadəçiləri üçün açıqdır. Lakin "WhatsApp"ın gələcəkyeniləmələrdə bunu daha geniş istifadəçi kütləsinə yaymaq planıvar.

Məqalədə:
Избранный
62
2
az.trend.az

4Источники