
"Cloudflare" "bulud" xidmətinin işində genişmiqyaslı nasazlıq baş verib, bununla əlaqədar dünyanın bir çox saytları işini dayandırıb.
Reyting.az-ın məlumatına görə, bu cür saytlara "X" sosial şəbəkəsi və "Spotify" daxildir.
Bununla yanaşı, "ChatGPT"nin işində fasilələr müşahidə olunur.
"Downdetector"un məlumatlarına görə, ən çox şikayətlər Böyük Britaniyadan - 8,7 min, ABŞ-dan - 4,9 min, Yaponiyadan - 4,1 min, Almaniyadan - 2,7 min, İspaniyadan - 1,7 min, Fransadan - təxminən 1,7 min, İtaliyadan - 1,4 min daxil olub.
ABŞ şirkəti "Cloudflare"in əsası 2009-cu ildə qoyulub. O, CDN xidmətləri (məlumatların sürətli çatdırılmasını təmin edən şəbəkə infrastrukturu), DDoS-hücumlarından qorunma, resurslara təhlükəsiz giriş təqdim edir.(Report)