RU

Sudan istifadə ilə bağlı nöqsanlar əhəmiyyətli dərəcədə azalıb - SİMDNX

Bakı. Trend:

ADSEA yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət NəzarətiXidmətinin (SİMDNX) 1 saylı Bakı Regional Bölməsi tərəfindən builin aprel ayından etibarən aparılan monitorinqlər zamanıaşkarlanan nöqsanların sayı əhəmiyyətli dərəcədə azalıb.

SİMDNX-dan Trend-ə verilən məlumata görə, bu sözləri Xidmətin 1saylı Bakı Regional Bölməsinin rəisi Zaur Hüseynov bu gün keçirilən2025-ci ilin on ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunmuş iclasda bildirib.

O qeyd edib ki, ilkin dövrdə 913 nöqsan qeydə alınmışdısa,oktyabr ayına olan rəqəmlər 372-yə düşüb. Bu isə təqribən 60%-likazalma deməkdir.

Nöqsanların aradan qaldırılması ilə bağlı məlumat verən bölmərəisi qeyd edib ki, təkcə Abşeron suvarma kanalında inzibati xətayaratmayan 338 ünvanda su götürmə hallarına rast gəlinib. Aparılanaraşdırmalar nəticəsində həmin halların 277-nin qanunsuz olduğumüəyyən edilib və qanunsuz qoşulmalar dərhal aradan qaldırılıb:

“Prezident İlham Əliyevin 4 iyun 2025-ci il tarixli fərmanı iləİnzibati Xətalar Məcəlləsinin 23 maddəsi üzrə protokol tərtib etməksəlahiyyəti ADSEA-ya verildikdən sonra, Xidmətin Bakı RegionalBölməsi tərəfindən ümumilikdə 134 inzibati xəta haqqında protokoltərtib olunub. Onlardan 18-i hüquqi, 31-i vəzifəli, 85-i isə fizikişəxslərə aiddir. Protokolların 56%-i üzrə nöqsanlar aradanqaldırılıb, digər hallarla bağlı müvafiq təqdimatlar göndərilərəkicra üçün əlavə müddət verilib”.

Bölmə rəisinin sözlərinə görə, Hövsan kanalının çirkləndirilməsiilə bağlı 2 hüquqi və 5 vəzifəli şəxs barəsində inzibati protokoltərtib olunub və məhkəmə qərarı ilə cərimə tətbiq edilib. Göllərindoldurulması ilə bağlı 4, çirkləndirilməsi üzrə isə 25 inzibatiprotokol rəsmiləşdirilib. Xəzər dənizinə münasibətdə də qanunpozuntuları qeydə alınıb: ümumilikdə 15 protokol tərtib edilib ki,bunlardan 5-i çirkləndirmə, 10-u isə sahil mühafizə zolağının zəbtedilməsi ilə bağlıdır.

Sudan
Sudan
Sudan
Sudan
Sudan
Sudan
Sudan
Sudan
Sudan
Sudan
Избранный
22
8
az.trend.az

9Источники