RU

Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti SeokHo Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Koreya arasında maliyyəidarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, ocümlədən ölkəmizdə yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetməİnformasiya Sisteminin (IFMIS) inkişafı, Koreyanın dövlət maliyyəsistemi olan “dBrain+” və hökumət subsidiyalarının idarəetməsistemi olan “e-Naradoum” üzrə təcrübələrin öyrənilməsi barədəmüzakirələr aparılıb. Bu kontekstdə Koreya nümayəndə heyətininiştirakı ilə Maliyyə Nazirliyində IFMIS üzrə keçirilmiş birgəseminarın əhəmiyyəti qeyd olunub.

Sahil Babayev Maliyyə Nazirliyində son dövrlərdə aparılangenişmiqyaslı rəqəmsallaşma prosesləri haqqında məlumat verərəkPrezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarəedilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı iləmaliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha dasürətləndiyini və maliyyə idarəetmə arxitekturasının müasirtələblərə uyğun şəkildə yenidən qurulduğunu qeyd edib.

Nazir Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyətdaşıdığını və innovativ, dayanıqlı maliyyə idarəetmə modellərininformalaşdırılmasına ciddi töhfə verəcəyinə əmin olduğunubildirib.

Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində təcrübəmübadiləsinin genişləndirilməsi, xüsusilə “dBrain+” təcrübəsiəsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendorasılılığının azaldılması istiqamətində bilik və texnolojitransferin gücləndirilməsi, data əsaslı qərarvermə mexanizmlərinintətbiqi, audit və nəzarət infrastrukturunun, eləcə dəkibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi gələcəkəməkdaşlıq istiqamətləri müzakirə olunub.

KFIS prezidenti Seok Ho Yoon Koreyanın IFMIS sahəsində təcrübəvə qabaqcıl texnoloji həllərin paylaşılması, eləcə də Azərbaycanınrəqəmsal maliyyə informasiya sisteminin qurulmasına ölkəsininmüvafiq qurumlarının dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə NazirliyininRəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskalİnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiyaSisteminin hazırlanması, tətbiqi və istismarı sahələrdə əməkdaşlıqhaqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə tədqiqat və texniki dəstəyin göstərilməsi,kibertəhlükəsizlik, dayanıqlılıq və audit standartlarına uyğunluqsahələrində təcrübənin öyrənilməsi, həmçinin təlim və təcrübəproqramları vasitəsilə kadr potensialının gücləndirilməsini nəzərdətutur.

Maliyyə
Maliyyə
Maliyyə
Məqalədə:
Избранный
70
7
az.trend.az

8Источники