RU

Bakıda 850 min manatlıq maşın saxlanıldı – GÖRÜN NƏLƏR YAŞANDI

Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobil sahibi saxlanılıb.

10 SY 100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.

Məlumata görə, “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallan Mirhafiz Seyidovun oğludur.

O da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələri idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına “Ferrari”, “Lamborcini” və “Porşe” kimi lüks maşınlar daxildir.

Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkiliş kamerasından gizlənmək üçün avtomobillə ərazidən uzaqlaşıb.

https://ok.ru/videoembed/10267826457334?nochat=1

Избранный
27
35
millitv.net

10Источники