RU

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın18-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Daha sonra qeyd olunub ki, ötən iclasların birindətəqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək əvvəllərməhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmişİslam Ağakərimova etiraz etmişdi. Qeyd edilib ki, İslam Ağakərimovbugünkü iclasa dəvət olunub və prosesdə iştirak edir.

Təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiəedən vəkili Emil Babışov da etirazın təmin olunmasını məhkəmədənxahiş ediblər.

İslam Ağakərimov məhkəmənin hazırlıq iclasının qərarının onuntərəfindən tərcümə edildiyini və həmin tərcümədə yalnız birmexaniki səhvin olduğunu, həmin səhvin qərarın mahiyyətinə təsiretmədiyini və hər hansı dəyişiklik yaranmadığını, eləcə dəməzmununa heç bir xələl gətirmədiyini qeyd edib.

Sədrlik edən Zeynal Ağayevin sualına cavabında İslam Ağakərimovbunun təsadüfən və mexaniki baş verdiyini, tərcümədə olan həmin birsəhvi bilə-bilə etmədiyini deyib.

Etiraza münasibət bildirən Baş Prokurorluğun Dövlət ittihamınınmüdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov bildirib ki,müdafiə tərəfi bu vəsatəti məhkəmədə bir neçə dəfə səsləndirib.Tərcüməçi üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edəbilmədiyi üçün onun qeyd edilənlərlə bağlı mövqeyini öyrənməkmümkün olmamışdı. Bugünkü iclasda isə tərcüməçi həmin səhvinmexaniki baş verdiyini və texniki məsələ olduğunu, habelə bu səhvibilə-bilə etmədiyini bildirib.

Dövlət ittihamının müdafiə edən prokuror N.Bayramov diqqətəçatdırıb ki, tərcüməçiyə etiraz Cinayət-Prosessual qanunvericilikdənəzərdə tutulan hallardan biri olduqda əsaslı sayıla və təmin ediləbilər. Tərcüməçiyə etirazın əsasları sırasında isə yol verilənmexaniki və ya texniki səhv göstərilmir. Odur ki, məhkəmədənmüdafiə tərəfinin tərcüməçiyə etirazının təmin olunmamasını xahişedib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərar qəbul etmək üçünmüşavirə otağına gedib.

Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən etiraz təminolunmayıb.

Vurğulanıb ki, cinayət prosesində tərcüməçiyə etirazın əsaslarıcinayət prosessual qanunvericilikdə konkret müəyyən olunub vəverilmiş etiraza baxan zaman İslam Ağakərimova münasibətdə həminəsaslar müəyyən edilməyib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıranzərərçəkmiş Cəmil Əliyev bildirib ki, Ağdərə rayonunun Çərəkdarkəndində olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raketmərmisinin partlaması nəticəsində özü, eləcə də Bəhram Allahyarovvə Murad Verdiyev müxtəlif xəsarətlər alıblar. Həmin vaxtyanlarında olan Şikar Hüseynov isə həlak olub.

Zərərçəkmiş İntiqam Rüstəmli qeyd edib ki, Xocavənd rayonuərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələrinin təxribatı nəticəsində özü və daha bir nəfərxəsarət alıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Etibar Əliyev bildirib ki, Kəlbəcər rayonunun Susuzluqkəndi ərazisində jurnalistlərlə birgə hərəkət edərkən idarə etdiyiavtomobilin düşmən tərəfindən basdırılmış minaya düşməsinəticəsində partlayış baş verib və Azərbaycan Dövlət İnformasiyaAgentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “AzərbaycanDövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətininoperatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətibaşçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsininmüavini Arif Əliyev həlak olub, özü və daha üç nəfər isə müxtəlifdərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş Allahverdi Məmmədli qeyd edib ki, Xocavənd rayonuərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələrinin atdığı qumbaranın yaxınlığına düşüb partlamasınəticəsində yaralanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran zərərçəkmiş Nahid Əsədovbildirib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılanmərminin partlaması nəticəsində yaralanıb.

Zərərçəkmiş Elşən Rüstəmov qeyd edib ki, Cəbrayıl rayonuərazisində düşmənin basdırdığı minaları təmizləyərkən partlayış başverib və nəticədə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş Şahmar Cəlilov bildirib ki, Ağdərə rayonuistiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələrinin açdığı raket atəşi nəticəsində içərisindəolduqları avtomobil vurulub, özü xəsarət alıb, bir nəfər isə həlakolub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Ümüd Şükürov qeyd edib ki, Kəlbəcərdə düşmənintəxribatı nəticəsində bir neçə nəfər həlak olub, özü və başqa birneçə şəxs isə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş Novruz Əliyev bildirib ki, Kəlbəcər rayonununYellicə kəndində düşmənin dronlardan istifadə etməklə törətdiyitəxribat nəticəsində yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmişEynulla Nəsirli qeyd edib ki, Xocalı rayonu istiqamətindəErmənistan ordusunun qalıqları və qanunsuz erməni silahlıdəstələrinin açdığı atəşlər nəticəsində xəsarət alıb.

Digər zərərçəkmiş Yusif Yusifov isə bildirib ki, Ağdam rayonununərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələrinin açdığı snayper atəşləri nəticəsində İxtiyarBayramov həlak olub, özü isə xəsarət alıb.

Ardınca məhkəmə prosesi sənədlərin və cinayət işimateriallarında olan digər sübutların tədqiqi ilə davametdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Избранный
9
35
az.trend.az

10Источники