RU

"Barselona"nın futbolçusu zədədən qayıtdı - MƏŞQLƏRƏ BAŞLADI

"Barselona"nın cinah hücumçusu Rafinya zədəsini sağaldaraq komanda məşqlərinə qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun "X" sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.

Qeyd edək ki, braziliyalı futbolçu sentyabrın sonunda La Liqanın 6-cı turunda "Oviedo" ilə keçirilən qarşılaşmada (3:1) zədələnmiş, daha sonra məşq prosesində zədəsi yenidən baş qaldırmışdı.

Kataloniya təmsilçisinin növbəti oyunu noyabrın 22-də baş tutacaq. “Barselona” yenidən qurulan “Spotify Camp Nou” stadionunda Bilbaonun “Atletik” komandası ilə qarşılaşacaq. Görüşü 45 min azarkeş canlı izləyə biləcək. 28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə "Barselona"nın heyətində yeddi oyuna çıxıb, üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
31
90deqiqe.az

1Источники