RU

Qubada motoblok avtomobillə toqquşub, 1 nəfər ölüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
8
missiya.az

10Источники