RU

Uşağa blenderdən keçirilmiş yemək vermək olmaz -Nitqi gecikdirir


Uşağa blenderdən keçirilmiş yemək verməklə onu təhlükəyə sürükləyirsiniz.

Medicina.az xəbər verir ki, bunu defektoloq-loqoped Esmira Qafarova bildirib.

Onun sözlərinə görə, bu, uşağın artikulyar aparatında hərəkət mexanizminin pozulmasına, yaxud zəifləməsinə gətirib çıxarır:

"Nitq artikulyar aparatın fəaliyyəti nəticəsində yaranır. Dil, dodaq, diş, çənə, yanaq əzələlərinin nitqin axıcı, səlis olmasında rolu var. Yeməyi blenderdən keçirməklə həm onun artikulyasiya aparatının pozulmasına, həm də nitqinin gecikməsinə səbəb olacaqsınız".



Həkim bununla bağlı riskləri də açıqlayıb:

"1. Çeynəmə bacarığının gec inkişaf etməsi

Uşaq 6–9 ay arası tədricən topalı, daha az üyüdülmüş qidalara keçməlidir. Qidanın hər zaman blenderlə tam maye edilməsi:
•Çeynəmə refleksinin inkişafını gecikdirə bilər,
•Ağız və çənə əzələlərinin zəif inkişafına səbəb ola bilər,
•Daha sonra bərk qidalara keçidi çətinləşdirə bilər.

2. Dil və nitq inkişafına təsir

Çeynəmə ağız əzələlərinin güclənməsinə kömək etdiyi üçün:
•Daim maye püre yemək nitq mexanizminin inkişafına dolaylı təsir göstərə bilər.

3. Boğulma riskinin artması (paradoksal)

Tamamilə maye qidalar bəzən:
•Çox tez udulduğu üçün uşaqda boğulma reflekslərini düzgün öyrənməyə mane ola bilər,
•Keçid mərhələsi gecikəndə uşaq daha sonra topalı qidalara keçəndə çətinlik və boğulma qorxusu yaşaya bilər.

4. Qida balansının pozulması

Bəzi valideynlər istəmədən:
•Qidanı həddindən artıq sulu edib kalori və qida dəyərini azalda bilirlər,
•bu da zəif çəki artımına səbəb ola bilər.

5. Sensor inkişafın məhdudlaşması

Uşaq müxtəlif teksturaları hiss etməklə:
•toxuma ayırd etmə,
•ağız koordinasiyası,
•dad fərqlərini tanıma kimi bacarıqlar qazanır.

Yalnız blenderlə hazırlanmış qida bu təcrübəni məhdudlaşdırır".



Bəs nə zaman blender istifadə etmək düzgündür?

"6 ayda əlavə qidaya başlanarkən püre şəklində yeməklər normaldır.
Mərhələlər üzrə getdikcə topalı, sonra kiçik yumşaq parçalı qidalara keçmək tövsiyə olunur.

Qidanı tam maye yerinə azca dənəli pürelər şəklində verməyə başlamaq, 7–9 ay arasında tədricən daha parçalı qidalara keçmək, uşaq həkiminin təlimatlarına uyğun əlavə qida planı izləmək tövsiyə olunur".

Aygün
Medicina.az


Избранный
14
medicina.az

1Источники