RU

“Kamp Nou"ya qayıdış tarixi an olacaq”

“Barselona”nın prezidenti Joan Laporta “Kamp Nou”ya qayıdış barədə danışıb.  

90deqiqe.Az xəbər verir ki, "Barca Universal"  funksionerin dediklərini belə çatdırıb.

“Kamp Nou"ya qayıdış gələcəyə səyahət kimidir, amma keçmişi də yaşayırsan. Bu tarixi an olacaq və biz ev sahibi üstünlüyünü geri qazanırıq – ‘Monjuik’də bunu edə bilmirdik. Biletlərin qiymətləri tutum artırıldıqca uyğunlaşdırılacaq. Məqsədimiz ilin sonuna qədər 62 min azarkeşə çatmaqdır. Tezliklə UEFA-dan ‘Ayntraxt’la oyunu evimizdə keçirmək barədə qərar gözləyirik. Biz bütün tələbləri yerinə yetiririk və mən nikbinəm. Komanda stadionun qayıdışından həyəcanlanır, futbolçular isə olduqca motivasiyalıdır”

Qeyd edək ki, Kataloniya klubu yenilənmiş arenada noyabrın 22-də “Atletik”lə qarşılaşacaq. Hazırda stadion məhdud tutumla istifadə olunacaq. “Barselona” İspaniya çempionatında hazırda ikinci pillədə qərarlaşıb.

Избранный
24
90deqiqe.az

1Источники