RU

" Ronaldo daha güclüdür, Messi isə daha ağıllı" -

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Sportinfo.az “The Telegraph India”-ya istinadən xəbər verir ki, Matteus onları müqayisə etməyi sevmədiyini bildirib:

“Onları müqayisə etməyi sevmirəm, hər birinin öz oyun tərzi var. Ronaldo daha güclüdür, Messi isə daha ağıllı.

Ronaldo qısa parıltılar verə bilər, amma Messinin oyunu uzun müddət insanı heyran edir. Mənim seçimim Messidir”.

Messi hazırda ABŞ-ın “İnter Mayami” klubunda, Rona­ldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edir.

Избранный
66
sportinfo.az

1Источники