Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
"Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmaya hazırıq", - H.Fidan deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti mövcuddur.