RU

Cüneyt Arkının oğlu da “Survivor”da

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Məşhur televiziya rəhbəri Acun Ilıcalı “Survivor 2026 - All Star” komandasına daha bir tanınmış adın qoşulduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial media hesabında etdiyi paylaşımda komandaya mərhum türkiyəli aktyor Cüneyt Arkının oğlu Murat Arkının qatılacağını bildirib.

“Dəyərli Cüneyt Arkının oğlu Murat “Survivor 2026 - All Star” heyətinə daxil oldu. Uğurlar arzulayıram”, - o bildirib.

Qeyd edək ki, bu açıqlama daha əvvəl adları təsdiqlənən Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat və Meryem Bozdan sonra heyətə qoşulan yeddinci məşhur kimi izləyicilər arasında böyük maraq yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
169
1
qafqazinfo.az

2Источники