RU

“Sürətli iqtisadi artım üçün investisiya həcmi artırılmalıdır” -

“Daha sürətli iqtisadi artım üçün mövcud investisiya quruluşundan daha çox investisiyaya ehtiyac var”.Metbuat.az xəbər verir ki, bunu Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2025”) çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib: “Daha yüksək iqtisadi artım üçün investisiya həcmimizi 25-30 faiz diapazonuna yüksəltməliyik. Dünya üzrə bank sektoruna qoyuluş 100 faiz təşkil edir. Bizim regionda isə bu göstərici 70-80 faizdir. Bu, yaxşı nəticə sayılsa da, biz həmin rəqəmləri daha da artırmaq niyyətindəyik”.

Vüsal Qasımlı bildirib ki, rəqəmsal investisiya modeli ilə bağlı təkliflər nəzərdən keçirilir. Eyni zamanda qiymətli kağızlar bazarında yığımların sərmayəyə çevrilməsi mexanizminə də baxılmalıdır.

Избранный
70
1
metbuat.az

2Источники