RU

Azərbaycanda “Youtube”a girişdə problem yarandı

Ötən gün qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem baş verib.

Avtosfer.az xəbər verir ki, nasazlıq nəticəsində müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə problemlər yaranıb.

Bununla əlaqədar olaraq, gecə saatlarından etibarən Azərbaycanda “Youtube” platformasına girişdə problem yaranıb. Həmçinin “X” platformasının da işində problem müşahidə olunur.

İstifadəçilər bu resurslara daxil olmaqla bağlı çətinliklərlə üzləşirlər.

“Downdetector” xidməti də Azərbaycanda nasazlıqlar barədə məlumatların daxil olduğunu təsdiqləyib.

Избранный
20
4
avtosfer.az

5Источники