RU

"Mastercard" rəsmisi: 2030-cu ilə qədər müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək

2030-cu ilə qədər, yəni önümüzdəki 5 il ərzində müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək və bu, bankçılıq sektorunda böyük bir dəyişiklik yaradacaq.

Teleqraf xəbər verir ki, bunu "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldovada Məsləhət və Konsaltinq Xidmətləri üzrə Klaster rəhbəri Eren Özkan bu gün Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, hazırda qlobal səviyyədə bankların süni zəkanın inkişafına etdiyi illik sərmayə təxminən 600 milyard dollar civarındadır.

Onun sözlərinə görə, artıq filiallarda belə süni zəka texnologiyalarından istifadə olunur:

"Ehtimal etmək olar ki, 2030-cu ilə qədər, yəni önümüzdəki 5 il ərzində müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək və bu, bankçılıq sektorunda böyük bir dəyişiklik yaradacaq.

İkinci vacib mövzu isə gömülü maliyyə (embedded finance) və "Banking as a Service"dir. Hazırda dünyada fəaliyyət göstərən təxminən 25 000 bank var. "Mastercard" olaraq biz bu bankların, demək olar ki, hamısı ilə əməkdaşlıq edirik. Amma bank olmayan, sadəcə maliyyə xidmətləri təqdim edən şirkətlərin sayı 50.000-dən çoxdur. Bu çox böyük bir rəqəmdir. Bir çox şirkət bank olmasa da kredit verə bilir, kart təqdim edə bilir və müxtəlif bankçılıq xidmətləri göstərir.
Bunun səbəbi çox sadədir: ortalama bir bank istifadəçisi ay ərzində bankla 200 dəfə təmasda olur. Bu, kart əməliyyatı, məhsul müraciəti, mobil tətbiqə giriş və ya filial ziyarəti ola bilər. Amma eyni müştərinin perakendecilər, telekom operatorları, "marketplace"lər, hava yolları operatorları ilə isə minlərlə əməliyyatı olur. Bu da bank xarici sektorların bankçılıqdan faydalanmaq üçün vizyon inkişaf etdirməsinə gətirib çıxarır. Nəticədə "embedded finance" yaranır, yəni bankçılıq xidmətləri bank xarici mühitlərdə də təqdim edilə bilir. Bu iqtisadiyyat sürətlə böyüyür və "Wells Banking" və digər şirkətlərin proqnozlarına görə 2030-cu ildə bankçılığın təxminən 30%-i "embedded finance"dən gələcək".

Избранный
40
teleqraf.com

1Источники