RU

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Bakı. Trend:

Ölkədə dövlət informasiya sistemləri arasında məlumatmübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi –digital.bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumisayı 2 milyardı ötüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyitərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180informasiya sistemi qoşulub.

Trend xəbərverir ki, bu barədə İRİA məlumat yayıb.

Bildirilib ki, digital.bridge 2021-ci ilin aprel ayındanfəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətlivə standartlaşdırılmış məlumat axınını təmin edən mərkəziplatformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsasinfrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlışəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platformadövlət orqanları arasında inteqrasiyanı gücləndirir, “bir dəfətəqdim et” prinsipini reallaşdırmaqla vətəndaş və biznessubyektlərinin dövlətlə münasibətlərini sadələşdirir və idarəetmədəçevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını vəsabit fəaliyyətini təmin etməklə, dövlət orqanları arasında vahidvə fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eynizamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyanəsas platforma rolunu oynayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində sistem üzərindən 786milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilineyni dövrü ilə müqayisədə təxminən 89 faiz artım deməkdir.Beləliklə, 2025-ci ildə digital.bridge üzərindən həyata keçirilənməlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfəçox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərənMilli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge) fəaliyyətiAzərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci iltarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları vəsistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası vəarxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektronhökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir.Eyni zamanda, sistem Prezident İlham Əliyevin 12 avqust 2025-ci iltarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiyaSisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.

Избранный
74
7
az.trend.az

8Источники