RU

TDT-nin Baş katibi: “Qırmızı Şəbəkə” platformasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir  

Türk Dövlətləri Təşkilatı (TDT) bir çox sahələrdə dinamik əməkdaşlığını inkişaf etdirir və bu istiqamətlər arasında humanitar əməkdaşlıq əsas rəhbər prinsip kimi seçilir. “Qırmızı Şəbəkə” platformasının yaradılması bu əməkdaşlıqda yeni tarixi mərhələnin başlanğıcıdır. Bu təşəbbüs birliyin, həmrəyliyin və ortaq məsuliyyətin bariz nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O qeyd edib ki, bu sahədə əsas nailiyyətlərdən biri mülki müdafiə mexanizminin formalaşdırılmasıdır. “Mexanizm fövqəladə hallarda çevik və effektiv reaksiya vermək imkanlarımızı daha da gücləndirir. Biz, eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu, gələcək fəaliyyətimizə yeni töhfələr verəcək. Mövcud geosiyasi vəziyyətdə sülh və sabitlik daha da həssas xarakter daşıyır. Üstəlik, iqlim dəyişikliyinin dağıdıcı təsirləri artıq daha açıq şəkildə hiss olunur. Bu şəraitdə “Qırmızı Şəbəkə” platformasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət türk xalqlarının əsrlər boyu formalaşmış səxavət və mərhəmət prinsiplərinə tam uyğundur. Ehtiyacı olanlara yardım etmək bizim əcdadlarımızdan miras qalan milli kimliyimizin ayrılmaz hissəsidir. Biz bunu Qarabağ müharibəsi dövründə, eləcə də Türkiyədə baş vermiş zəlzələ zamanı nümayiş etdirdik. Düşünürəm ki, bugünkü tədbir ölkələrimiz arasında humanitar əməkdaşlıqda əsl dönüş nöqtəsi olacaq”, - deyə Baş katib vurğulayıb.

 

Избранный
19
1
azerbaijan-news.az

2Источники