Ermənistana səfər edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker İrəvanda erməni “soyqırımı” abidəsini ziyarət edib.
“Cebheinfo.az”-ın məlumatına görə, xanım Alison Haker və onu müşayiət edən şəxslər “Əbədi məşəl”in önünə gül dəstələri qoyub, sonra memorial kompleksi gəziblər.
Amerikalı diplomatın bununla Ermənistana və Azərbaycana səfər proqramının məqsədləri ilə bir araya sığmayan addım atıb.
Belə ki, Alison Hakerin İrəvanda və Bakıda aparacağı danışıqların gündəliyini regionda ABŞ-nin iştirakı ilə sülh prosesinin sürətləndirilməsi, eyni zamanda iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması təşkil edir.
Buna baxmayaraq, xanım Alison Haker öz missiyasından kənara çıxaraq uydurma soyqırım abidəsini ziyarət edib.Ermənistan-Azərbaycan münaqişəsinə son qoyması ilə öyünən ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsləri fonunda Alison Hakerin qeyd edilən davranışı 1915-ci ildə ermənilərin türklər tərəfindən soyqırıma məruz qalması barədə saxta iddialara bəraət qazandırmağa xidmət edir. Bu isə ABŞ-nin də yer aldığı Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur.
Erməni soyqırımı haqqında 10 illərlə uydurma təbliğatın aparılması Azərbaycana və Türkiyəyə qarşı münaqişəyə və düşmənçiliyə səbəb olub. Qisasçılıq hissi Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımla nəticələnib.
Son dövrlər Ermənistan hakimiyyəti tərəfindən bu stereotiplərin aradan qaldırılması və qonşularla dinc yanaşı yaşamaq niyyəti hiss olunur.
Belə vəziyyətdə Alison Hakerin İrəvanda erməni “soyqırımı” abidəsini ziyarət etməsi Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərinin normallaşmasına ziddir. Adı təcrübəli diplomat kimi çəkilən xanım Haker yol verdiyi siyasi səhvin bölgədə gərginliyin artmasına xidmət etməsinin fərqin olmalıdır.
Regionda ideoloji düşmənçiliyin yarada biləcəyi qarşıdurma ABŞ-nin maraqları naminə Alison Hakeri ragiona gətirən “Tramp marşrutu”nun da reallaşmasına bəri başdan son qoya bilər.