Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Milli.Az xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq artisti Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 96 yaşlı Roza Cəlilova bu gün yaşadığı mənzildə vəfat edib.
Milli.Az