RU

Antibiotik yalnız həkim təyini ilə verilməlidir - Səhiyyə Nazirliyi

"Antibiotiklərin təyini yalnız həkim tərəfindən aparılmalıdır".

Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi.

Onun sözlərinə görə, bu, xəstənin vəziyyəti, xəstəliyin əlamətləri və anamnezi haqqında kifayət qədər məlumat toplandıqdan sonra verilən mühüm qərardır:

"Antibiotiklər yalnız resept blankı əsasında apteklərdən əldə edilməlidir. Reseptsiz alınan antibiotiklərin növünün və dozasının səhv seçilməsi xəstənin sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Antibiotik təyin edilərkən əsas məqsəd bakterial infeksiya ilə mübarizə aparmaqdır. Lakin daha bir mühüm məqam da mövcuddur: antibiotiklərin düzgün istifadə olunmaması nəticəsində mikroorqanizmlər mutasiyaya uğrayaraq dərmanlara qarşı həssaslığını itirə bilər. Bu isə antibiotik rezistentliyinin yaranmasına gətirib çıxarır".

Nuriyyə NATİQQIZI

Избранный
59
1
redaktor.az

2Источники