RU

Bu antibiotiklər 8 yaşdan kiçik uşaqlara verilməməlidir - İnfeksionistdən xəbərdarlıq

"Antibiotiklərin yaşa görə müəyyən əks göstərişləri də mövcuddur".

Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi.

Onun sözlərinə görə, tetrasiklin qrupu antibiotiklər 8 yaşdan kiçik uşaqlara verilməməlidir.

"Fluorxinolonlar isə xüsusi tibbi göstəriş olmadığı halda 18 yaşınadək təyin edilmir. Bu əks göstərişlərin hər biri mütləq şəkildə nəzərə alınmalıdır.

Antibiotiklərin digər dərmanlarla birlikdə istifadəsi zamanı qarşılıqlı təsirlər yarana bilər. Həkimlər təyin prosesində xəstənin qəbul etdiyi bütün dərmanlar haqqında məlumat toplamalı və yalnız bundan sonra uyğun qərar verməlidirlər", - deyə mütəxəssis qeyd etdi.

Nuriyyə NATİQQIZI

Избранный
26
1
redaktor.az

2Источники