“Barselona” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda Frankfurt “Ayntraxt”ını qəbul edəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 9 dekabrda “Kamp Nou” stadionunda oynanılacaq.
Kataloniya təmsilçisi doğma arenaya dönüşün vacib olduğunu vurğulayıb və yenilənmiş stadionun transformasiya layihəsinin növbəti mərhələsinə keçidin sevindirici hal olduğunu bildirib.
Qeyd edək ki, “Kamp Nou” 2023-cü ilin yayında yenidənqurma işlərinə görə bağlanmışdı. “Barselona” isə 2025-ci il avqustun 10-da arena tam istifadəyə veriləndən sonra ora qayıdacağını iyunun sonunda rəsmən açıqlamışdı. Bu müddət ərzində komanda ev görüşlərini “Olimpik Lluís Companys” stadionunda keçirib.