RU

Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını davam etdirəcək İşçi Qrup fəaliyyətə başlayıb

Bakı. Trend:

Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixibaxışını irəli aparmaq məqsədilə Bakıda olmaq mənim üçün böyükşərəfdir.

Trend xəbərverir ki, bu sözləri ABŞ Dövlət katibinin siyasi məsələlər üzrəmüavini Alison Huker Azərbaycan xarici işlər naziri CeyhunBayramovla görüşündə bildirib.

O, 8 avqustda Vaşinqtonda əldə olunan nailiyyəti qeyd etmək vəonu daha da irəli aparmaq üçün bu səfərin əhəmiyyətli olduğunuvurğulayıb:

"Prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammitibarədə müzakirə etməyi səbirsizliklə gözləyirəm — ticarətdən enerjiəməkdaşlığına, regional bağlantının və təhlükəsizliyingücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların vəavqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızdahəm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcəkçox iş var.

Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupununfəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibininmüavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ vəAzərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasınıqoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlusülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəflimünasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək vəCənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq.

Bu, hər iki xalqımız üçün imkanları genişləndirəcək və PrezidentTrampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələləringerçəkləşdirilməsini təmin edəcək".

Избранный
32
16
az.trend.az

2Источники