RU

Sənubərin yeni serialı bəlli oldu

Əməkdar artist Sənubər İsgəndərli yeni layihədə yer alıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi şəxsi instaqram səhifəsində paylaşım edib. “Dirilən adam” adlı yeni serial 1 dekabrdan etibarən  AzTV-də yayımlanacaq.

Qeyd edək ki, ekran işi Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb.

Serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır.

Serialın baş rollarında Əməkdar artistlər Sənubər İsgəndərli, Füzuli Hüseynov, aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.

Könül
Musavat.com 

Избранный
93
2
musavat.com

10Источники