RU

Zabrat yolunda avtobus zolağı təşkil edilir

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumiistifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarışəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Hazırdaxüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu)həyata keçirilir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkətzolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücününbaşlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaqmövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıqhalları ilə üzləşməsinə səbəb olurdu.

Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəmmarşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.

AYNA ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz vəəlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradanzolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarınıqaydalara riayət etməyə çağırıb.

Избранный
62
26
az.trend.az

10Источники