RU

“Barselona” “Kamp Nou”da açılış oyununda simvolik zərbə üçün sürpriz hazırlayır

“Barselona” klubu “Kamp Nou”da açılışdan sonra keçiriləcək ilk oyunda simvolik zərbə zamanı xüsusi sürpriz olacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Simvolik zərbə xüsusi olacaq… Amma biz sürprizi saxlayacağıq." - deyə, sosial şəbəkədə yayılan açıqlamada qeyd olunub.

Qarşılaşma 22 noyabrda keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də start götürəcək. Kataloniya klubu evdə Bilbao “Atletik”ini qəbul edəcək.

Qeyd edək ki, “Barselona” iyunun sonunda rəsmi olaraq açıqlamışdı ki, 10 avqust 2025-ci ildə doğma “Kamp Nou” stadionuna qayıdacaq. Stadion 2023-cü ilin yayında təmirə bağlanmışdı. Mövsümün əvvəlində klub ev oyunlarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirmişdi, çünki əsas arenaya istismar lisenziyası hələ alınmamışdı.

Избранный
39
90deqiqe.az

1Источники